
Mustafayevdən Ukraynada iki məhsuldar ötürmə
Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Kolos”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi Emil olub.
“Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin