Mussa üçün Premyer Liqadan 3 “elçi”

“Lion”un hücumçusu Mussa Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçunun xidmətində “Aston Villa”, “Vest Hem” və “Lids” maraqlıdır.

Hücumçu özü də “Lion”u tərk etməyə hazırlaşır. Aleksandr Lakazett gələndən sonra o, komandadakı sabit yerini itirib.

Dembele bu mövsüm Liqa 1-də 22 oyuna çıxıb və 3 qol vurub. Onun “Lion”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button