Sissokonun Türkiyədən “elçi”si var
“Nant”ın yarımmüdafiəçisi Mussa Sissoko yay transfer pəncərəsinin sonuna qədər Fransa klubunu tərk edə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin adı açıqlanmayan klublarından biri 34 yaşlı futbolçu ilə maraqlanır.
Fransalı futbolçunun “Nant”la müqaviləsi 2024-cü ilə qədərdir.
Sissoko 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, iki qol vurub. O, cari mövsümün ilk iki turunu ehtiyat oyunçular skamyasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin