“Musialaya mümkün qədər çox azadlıq verilməsi vacibdir”

“Real”ın və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger Camal Musiala haqda fikirlərini bölüşüb. “Bayern”in 21 yaşlı yarımmüdafiəçisi AÇ-2024-də Almaniya millisində əsas heyətdə oynayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rüdiger, gənc futbolçunu məsuliyyətlə yükləməməyin vacib olduğunu bildirib:

“Biz bir komanda olaraq Musialanın kifayət qədər azadlığa malik olduğundan əmin olmalıyıq, çünki o, fərq yarada bilir. Amma Camal hələ çox gəncdir, həddən artıq məsuliyyət belə oyunçular üçün dözülməz yükə çevrilə bilər. Buna görə də, hər kəsin öz işini görməsi və Musialaya mümkün qədər çox azadlıq verilməsi vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button