
“Bayern” Musialasız da olduqca yaxşı oynayır” – Sabiq futbolçu
“Bayern”in sabiq müdafiəçisi Filipp Lam Münhen komandasının yarımmüdafiəçisi Camal Musialanın zədəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun zədədən qayıtdıqdan sonra komandaya uyğunlaşa bilməsi haqda fikirlərini bildirib:
“Musialanın qayıtmasından sonra “Bayern”i görmək maraqlı olacaq. Komanda hazırda sabitdir və onsuz da olduqca yaxşı oynayır. Hücum Harri Keynin ətrafında qurulub və o, daim qol vurur. Musiala ən çox maaş alan oyunçulardan biridir. O, müqaviləsini 2030-cu ilə qədər uzadıb. Bəli, o, istedadlı, xüsusi bir oyunçudur, amma sual budur ki, baş məşqçi Vensan Kompani onu sistemi daha da yaxşılaşdıracaq şəkildə komandaya birləşdirə biləcəkmi, yoxsa bu, yalnız bütövlüyü pozacaq?”
Musiala PSJ ilə yayda Klublararası dünya çempionatı matçında (0:2) aldığı ciddi zədə səbəbindən mövsümün ilk yarısını buraxacaq. Onun qayıdışı dekabr və ya yanvar aylarına planlaşdırılıb.
Bizi Facebook-da izləyin



