
Musialanın qəhrəmanı
“Bayern”in futbolçusu Camal Musiala “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, uşaqlıqda Messinin adı olan köynək geyindiyini bildirib:
“Uşaqlıqda Messinin adı olan köynək geyinirdim. Neymarın da adı olan formam var idi, amma əsas qəhrəmanım Leo idi”.
Musialanın “Bayern”lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm 21 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin