
“Onunla yeni müqavilə imzalamaq ən böyük məqsədimizdir” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl gənc oyunçuları Camal Musiala və Matis Teli klubun gələcəyi adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi ən böyük məqsədlərinin almaniyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq olduğunu bildirib:
“Onlar klubun gələcəyinin simalarıdır. Komandamızda həmişə çox böyük istedad və potensiala malik gənc futbolçular olub. Camal, Matis və Aleks Pavloviç də belədir. Matis artıq müqaviləsini 2029-cu ilə qədər uzadıb, indi növbə Camaldadır. Bəli, onunla yeni müqavilə imzalamaq bizim ən böyük məqsədimizdir”.
“Bayern” Bundesliqanın cari mövsümündə 26 turdan sonra lider “Bayer”dən 10 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin