
“Bayern” sıradan çıxan Musialanın yerinə oyunçu alacaq? – Açıqlama
“Bayern”in prezidenti Herbert Hayner komandanın yarımmüdafiəçisi Camal Musialanın zədəsi və onun mümkün əvəzlənməsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun uzun müddətə sıradan çıxdığını söyləyib:
“Musiala və bizim hamımız üçün çox acı bir gün oldu. O, əvvəlki zədəsini təzəcə sağaltmışdı, indi isə yenidən uzun müddətə sıradan çıxıb. Sağalması zamanı ona lazımi dəstəyi göstərəcəyik. Transfer planlarının dəyişməsinə gəlincə, idman rəhbərliyimizin komandanı gücləndirmək üçün dəqiq hədəfləri var. Biz bu istiqamətdə qətiyyətlə gedirik”.
22 yaşlı futbolçu bazar ertəsi əməliyyat olunub və 4-5 ay meydandan uzaq qala bilər. O, Klublararası dünya çempionatının 1/4 finalında PSJ-yə qarşı keçirilən oyunda qapıçı Canluici Donnarumma ilə toqquşduqdan sonra zədələnib.
Bizi Facebook-da izləyin