
“Musiala bütün Almaniya çempionatının simasıdır” – Sabiq futbolçu
“Bayern”in sabiq futbolçusu Lotar Matteus komandanın yarımmüdafiəçisi Camal Musialanın yeni müqaviləsi haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Musiala təkcə “Bayern”in deyil, bütün Almaniya çempionatının simasıdır. Bu adamın Almaniya millisi üçün böyük iddiaları var. Musiala Florian Virts kimi doğru yoldadır”.
Musiala klubla müqavilə müddətini 2030-cu ilin ortalarına qədər uzadıb. 21 yaşlı futbolçu bu mövsüm Münhen klubunun heyətində 31 matçda iştirak edib, 15 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin