
“Camal satılmır!” – klub rəsmisi
“Bayern”in idman direktoru Hasan Salihamiciç hücumçu Camal Musialanı yüz milyon avroya satmaq istəmədiklərini deyib.
Komanda.az xəbər verir ki, klub rəsmisi Musiala ilə bağlı verilən suala belə cavab verib:
“Musiala üçün 100 milyon avro? Camal satılmır!”
19 yaşlı hücumçu bu mövsüm Bundesliqada 3 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Musiala 2020-ci ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin