“Bayern” Camalı klubun yeni simasına çevirmək istəyir

“Bayern” yarımmüdafiəçisi Camal Musiala ilə yeni müqavilə imzalamağa çalışır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl Musialanın müstəsna oyunçu olduğunu bildirib:

“Musiala müstəsna oyunçudur. Bu, onun müqaviləsini uzatmaq və klubumuzun yeni siması etmək istəməyimizin səbəblərindən biridir.

Driblinqə gəldikdə, onun inanılmaz instinktləri var. Təbii ki, belə bir oyunçu komanda yoldaşlarına daha səmərəli olur”.

21 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. “Bayern” rəhbərliyi uzun müddətdir ki, yeni müqavilənin imzalanması üzərində işləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button