“Mən asan qol vurmağı bacaranda Müller həmişə sevinir” – Musiala
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala hücumçular Tomas Müller və Harri Keynin bacarıqlarını mənimsəyir.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Müller və Keyn ilə mövqe seçimi haqqında çox danışdığını deyib:
“Mən Tomas və Harri ilə mövqe seçimi haqqında çox danışıram. Mən asan qol vurmağı bacaranda Müller həmişə sevinir. O və mən uzun müddətdir ki, qolların asan gəlməsi üçün özümüzü meydanda necə yerləşdirməyi müzakirə edirik. Müdafiəçiləri təəccübləndirmək üçün hara qaçacağım, hansı hərəkətləri etməli olduğum barədə öz hisslərimi inkişaf etdirməyə çalışıram. İndi həqiqətən edə bilərəm. Amma sən həmişə daha da yaxşılaşa bilərsən, təkrar etmək heç vaxt zərər vermir”.
21 yaşlı futbolçu cari mövsümün ilk yarısında keçirdiyi 22 matçda 14 qol vurub ki, bu da bütün ötən ildəki 38 oyundan (12) çoxdur.
Bizi Facebook-da izləyin