Camalı təəssüfləndirən gediş

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala klubun idman direktoru Hasan Salihamiciçin gedişi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Salihamiciçə hər şeyə görə təşəkkür edib:

“Məni “Bayern”ə Salihamiciç gətirdi. Hər şeyə görə ona minnətdaram və klubdan getdiyi üçün təəssüflənirəm”.

“Bayern” Almaniya çempionatının 34-cü turunda “Köln”ü məğlub edib (2:1) və çempionluğu rəsmiləşdirib. “Borussiya” (Dortmund) isə “Maynts”la matçda xal itirib (2:2). Onlar mövsümü ikinci pillədə bitiriblər və gümüş medallara yiyələniblər.

“Köln”lə qarşılaşmadan sonra “Bayern” klubun icraçı direktoru Oliver Kanla və idman direktoru Hasan Salihamiciçlə yollarını ayırdığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button