Musialanın bəyəndiyi 2 klub var
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala hələlik komandadan ayrılmaq istəmədiyini açıqlayıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, eyni zamanda, almaniyalı futbolçu karyerasını davam etdirmək üçün cəmi iki klubu nəzərdən keçirir: “Real” və “Mançester Siti”. O, hər iki komandanı oyun tərzinə və iddialarına görə bəyənir.
Futbolçu onu da bildirib ki, “Liverpul”u transfer olunası klub hesab etmir.
20 yaşlı yarımmüdafiəçi “Bayern”in yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Musiala bu mövsüm bütün yarışlarda 9 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Bundesliqanın 8 turundan sonra Münhen klubu 20 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin