“Bayern”in sabiq baş məşqçisi Camal haqda: “Çox zərifdir”

“Bayern”in sabiq baş məşqçisi Yupp Haynkes komandanın gənc oyunçusu Camal Musiala haqqında fikirlərini bölüşüb.

22 yaşlı futbolçu cari mövsümdə yaxşı çıxış etsə də, aprelin əvvəlində zədələnərək hələ də yaşıl meydanlara qayıtmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Haynkes, Musialanın oyununu yüksək qiymətləndirib, ancaq bəzi çatışmazlıqlara da diqqət çəkib:

“Musiala Florian Virts kimi əla, gənc oyunçudur. Ancaq onun xüsusilə, fiziki cəhətdən hələ çox üzərində işləməsi lazımdır. O, çox zərifdir, möhtəşəm driblinq bacarığına malikdir, tempi dəyişə bilir, yaxşı zərbələr vurur və son vaxtlar başla da qol vurmağa başlayıb. Amma o, hələ tam potensialına çatmayıb. İşləməyə davam etməlidir”.

Almaniyalı yarımmüdafiəçi bu mövsüm “Bayern”in heyətində 40 oyunda 18 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button