Sabiq futbolçu Camalı tənqid etdi

Keçmiş futbolçu Ditmar Hamann “Bayern”in yarımmüdafiəçisi Camal Musiala haqda danışıb.

Komanda.az “Bulinews”-a istinadən xəbər verir ki, o, Musialanın oyunu çox tez-tez ələ keçirdiyini söyləyib:

“Musiala fərdiyyətçidir, o, çox vaxt tək hərəkət etməyə çalışır. Topu on dəfə qəbul edərsə, doqquzunda başını aşağı salır və driblinq etməyə başlayır. “Bayern”in nöqteyi-nəzərindən, Musialanı Florian Virtsə dəyişə bilsəm, bunu həmin an edərdim”.

Virts “Bayer”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button