“Musialanın hələ də vaxta ehtiyacı var”

“Bayern”in idman direktoru Kristof Fround komandanın yarımmüdafiəçisi Camal Musialanın vəziyyəti barədə açıqlama verib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun bərpasının bir müddət davam edəcəyini və prosesin yaxşı getdiyini, həmçinin, vəziyyətin pozitiv olduğunu bildirib:

“Onun bərpası bir az vaxt aparacaq. Amma vəziyyət yaxşılaşır, hər şey pozitiv görünür. Musiala yenidən ayağına tam yük verə bilir. Doğru istiqamətdə hərəkət edir, amma hələ də vaxta ehtiyacı var”.

22 yaşlı futbolçu cari mövsümdə hələ meydana çıxmayıb və zədədən bərpa olunur.

“Bayern” növbəti matçını oktyabrın 25-də, səfərdə Münhenqladbax “Borussiya”sına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button