Musiala “Borussiya” ilə matçı buraxacaq?

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb.

Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu xəstə olduğu üçün hələlik məşq etməyəcək.

Musiala, görünür, “Bayern”in 2025-ci ildəki ilk rəsmi matçını buraxacaq. Vensan Kompaninin komandası şənbə günü Bundesliqada səfərdə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq.

22 yaşlı vinger 2024/25 mövsümündə 22 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Bayern” Bundesliqanın turnir cədvəlinə başçılıq edir və 2-ci yerdə qərarlaşan Leverkuzen “Bayer”ini 4 xal qabaqlayır (36-32).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button