Musayev: “Sabah”la bütün çətinliklərdən, şübhələrdən keçməli olduq”

“Sabah”ın sabiq baş məşqçisi, hazırda Rusiya “Krasnodar”ına rəhbərlik edən Murad Musayev Azərbaycanda işlədiyi dövrü xatırlayıb.

Komanda.az xəbər verir ki, “Sport Express” nəşrinə açıqlama verən Musayev bunları deyib:

“Mən Azərbaycana gedəndə biz orada çoxlu yeni şeyləri sınamağa başladıq, təzə ideyalar, emosiyalar, əla nəticələr var idi. Mən bu işdən qürur duyuram ki, o vaxt yeni, indi ölkənin böyük klubu olan “Sabah” Vasili Berezutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda çıxış edəcək. Onda isə “Sabah” sonuncu yerdə gedirdi və mövsümün sonunda beşinci yeri tutmuşduq. Növbəti mövsümdə isə hibrid sxemlərlə gözəl futbol oynayaraq, artıq əsl gümüş medallar qazandıq. Bütün çətinliklərdən, şübhələrdən keçməli olduq. “Krasnodar”a qayıtmaq isə asan deyildi. Uğur qazanmaq üçün bütün bunlardan keçməliyik”.

41 yaşlı mütəxəssis 2021-2024-cü illərdə “Sabah”da işləyib. Son mövsümdə “Krasnodar” Musayevin rəhbərliyi altında Rusiya çempionluğunu qazanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button