
Musanın komandasından kubokda növbəti qələbə
İsveç kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Musa Qurbanlının komandası “Yurqorden” də ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə “Nordik Yunayted”lə qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib.
Musa da bu oyunun iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
Bu qələbədən sonra “Yurqorden” 6 xalla yer aldığı qrupda liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin