
Musanın komandası İsveç kubokunda finala çıxdı
İsveç kubokunda finalçılar müəyyənləşib.
Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” Stokholm derbisində AİK-lə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qurbanlının komandası 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. “Yurqorden” mayın 9-da keçiriləcək həlledici oyunda “Malmö” ilə qarşılaşacaq.
Musa bugünkü görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin