“Musa Qurbanlı son dərəcə iddialıdır” – “Yurqorden”in kapitanı
İsveçin “Yurqorden” klubunun kapitanı Maqnus Eriksson komanda yoldaşı Musa Qurbanlı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçudan çox şey gözlədiklərini bildirib:
“Musa Qurbanlı burada qollar vurmağa hazırdır. O, son dərəcə iddialıdır, həmişə daha yaxşı olmaq istəyir. Onu ən yaxşı vəziyyətə gətirmək bizim üçün vacibdir. Musa yüksəlişəmeyilli futbolçudur. Sadəcə, milli komandanın oyunları zamanı uzaq yol qət etdi, yorğunluq oldu. Artıq bir həftədən çoxdur ki, bizimlədir”.
Musa Qurbanlı bu mövsüm “Yurqorden”in heyətində İsveç çempionatında keçirdiyi 7 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin