
Musa Qurbanlının komandasından qələbə
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komanda 6-cı tur çərçivəsində QAİS-i qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qurbanlı 80-ci dəqiqədə meydana buraxılıb.
“Yurqorden” hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin