Musa Qurbanlının klubu yeni hücumçu transfer edir

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda türkiyəli hücumçu Dəniz Hümmətlə rəqabət aparacaq.

Komanda.az “fotbollskanalen.se” saytına istinadən xəbər verir ki, Stokholm təmsilçisi 27 yaşlı forvardla müqavilə bağlamağa hazırlaşır.

Ölkənin digər komandası “Kalmar”dan ayrılan Türkiyənin gənclər millisinin sabiq üzvü yeni klubuna azad agent kimi keçəcək. İsveç mətbuatı “Yurqorden”də hücumun mərkəzində yer almaq uğrunda Hümmətlə Qurbanlı arasında rəqabət olacağını yazıb.

Çünki gənc hücumçu Noel Milleskoq komandanı tərk etməyə hazırlaşır. 21 yaşlı oyunçu İsveçin digər klubu “Sirius”la ilkin razılığa gəlib. “Yurqorden”in idman meneceri Bosse Andersson da transferin tezliklə reallaşacağını istisna etməyib.

İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq. “Yurqorden” ilk oyununu aprelin 1-də “Göteborq”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button