
Musa Qurbanlının komandası səfərdə qələbə qazandı
İsveç çempionatında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Brommapoykarna” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Musa bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin