Musa Qurbanlının komandası avrokuboklarla vidalaşdı

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç “Yurqorden”i Avropa Konfrans Liqası ilə erkən vidalaşıb.

Komanda.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin cavab oyununda İsveçrədə “Lütsern”in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib.

Qurbanlı bu görüşün 38-ci dəqiqəsində meydana buraxılıb. 21 yaşlı forvard bu oyunda fərqlənə bilməyib.

Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) Musanın komandası iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button