Musa Qurbanlının klubu hücumçusunu satıb
Azərbaycanlı futbolçu Musa Qurbanlının formasını geyindiyi İsveçin “Yurqorden” klubu hücumçusu Noel Milleskoqu satıb.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı forvard karyerasını ölkəsinin digər komandası “Sirius”da davam etdirəcək.
Stokholm təmsilçisi onu icarəyə vermək istəsə də, futbolçu özü birdəfəlik transfer tələbi ilə çıxış edib. Buna görə də, o, “Sirius”a satılıb.
Hazırda “Yurqorden”də iki mərkəz hücumçusu qalıb. Bunlar Musa Qurbanlı və türkiyəli yeni transfer Dəniz Hümmətdir. Klub Milleskoqa qədər daha 7 futbolçusu ilə yollarını ayırmışdı.
İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin