Musa Qurbanlı yeni klubu haqda: “Azarkeşlərin münasibətindən çox təsirləndim”
Bir müddət əvvəl İsveçin “Yurqorden” klubuna transfer olunan azərbaycanlı futbolçu Musa Qurbanlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “aftonbladet.se”-yə danışan hücumçu özünü İsveç klubunda yeni oyunçu kimi hiss etmədiyini deyib:
“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır.
Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də onlar üçün mübarizə aparmaq istəyirəm”.
Musa Qurbanlının iyulun 22-də İsveç Allsvenskanının 16-cı turunda “Elfsborq”la matçda “Yurqorden”in heyətində debüt etməsi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin