Musa Qurbanlı: “Yayda rəhbərliklə bu barədə danışacağıq”
“Yurqorden”də çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Fotboll Sthlm” portalına müsahibə verib.
Komanda.az xəbər verir ki, Qurbanlı məşqçilərlə münasibətinin yaxşı olduğunu deyib:
“Heç nə deməsələr, soruşmuram. Bu, onların öz qərarıdır və heç nə izah etməyə borclu deyillər. Məşqçilər nəsə təklif etsələr, bu, bir futbolçu kimi mənim üçün daha yaxşıdır, amma etməsələr, bu da normaldır. Vəziyyətimlə bağlı klubda başqa kiminlə danışmışam? İdman direktoru başda olmaqla, hamı ilə. Hamı mənə dəstəkdir”.
Musa Qurbanlı “Yurqorden”dəki gələcəyi ilə də bağlı açıqlama verib:
“İndi heç nə deyə bilmərəm. Çünki qarşıda hələ çox oyun var. Amma təbii ki, yayda rəhbərliklə bu barədə danışacağıq. İndi müzakirə etsək belə, heç nəyə nail ola bilməyəcəyik. Çünki transfer pəncərəsi bağlıdır”.
Bizi Facebook-da izləyin