
Musa Qurbanlı oynadı, komandası qalib gəldi
İsveç çempionatında 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Halmstad”la qarşılaşıb.
Meydan sahibləri bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıblar.
Musa bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.
“Yurqorden” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin