Musa Qurbanlı: “Mövsümün belə başlayacağını gözləmirdim”
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı mövsümün sonunda İsveçin “Yurqorden” klubundan ayrıla bilər.
Komanda.az “Fotbollskanalen”-ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu mövsümün belə başlayacağını gözləmədiyini söyləyərək, mövsümün sonunda komandasını dəyişə biləcəyini də istisna etməyib:
“Mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. İndi transfer pəncərəsi bağlıdır və heç nə edə bilmərik. Yayda nələr olacağını birlikdə görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq. Gəncəm və qarşımda uzun karyera var”.
Musa Qurbanlı cari mövsümdə İsveç çempionatında cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin