
Musa Qurbanlı kubok matçında qol vurdu
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.
Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.
Musa Qurbanlı cari mövsümdə İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin