Musa Qurbanlı: “Daha güclü qayıdacağıq”

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu “Yurqorden”də debüt etməsi haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, İsveç çempionatının 17-ci turunda “Elfsburq”la görüşün 58-ci dəqiqəsində meydana çıxıb.

Oyun “Yurqorden”in məğlubiyyəti ilə başa çatıb – 0:4.

Musa Qurbanlı matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda belə yazıb:

“Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button