Musa Qurbanlı İsveç çempionatının rəmzi komandasında – FOTO

Azərbaycan millisinin üzvü Musa Qurbanlı İsveç çempionatında 21-ci turun rəmzi komandasına düşüb.

Komanda.az “Sofascore”-a istinadən xəbər verir ki, “Deqerfors”la matçda 2 qol vuran və 1 məhsuldar ötürmə edən “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib. Onun performansı 8,7 balla qiymətləndirilib.

Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlının komanda yoldaşı, müdafiəçi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.

“Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button