Muradov “100”ə çatdı
Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib.
Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 19-cu turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.
Rövlan bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.
Xatırladaq ki, Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin