Murad Musayev: “Zirə” qələbəyə layiq idi”

Azərbaycan Premyer Liqasının 16-cı turunda keçirilən “Zirə” – “Sabah” matçından sonra (2:0) qonaq komandanın baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, komandasının oyunu barədə bunları deyib:

  • Döyüşkən oyun alındı. Komandalar topsuz aqressiv oynayırdı. Demək olar ki, meydanda boş yer yox idi. Oyun səhvə qədər getdi. Təəssüf ki, səhvi biz buraxdıq. Bütün gücümüzü meydanda qoyduq ki, hesabı bərabərləşdirək. Amma alınmadı. Risk etdik və ikinci qolu buraxdıq. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın bugünkü çıxışına, yanaşmasına iradım yoxdur.
  • Xuan Kamara nəyə görə oynamırdı?
  • “Neftçi” ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən sonra əzələsindəki vəziyyətin nə yerdə olacağını biləcəyik.
  • Növbəti turda “Neftçi” ilə oynayacaqsız. Kubokdakı gərginlik bu oyuna necə təsir edəcək?
  • Bir həftə sonra oynanılacaq oyunda nə olacağını deyə bilmərəm. Biz indi bu oyun haqda danışa bilərik. Necə olacaq, bir həftə sonra görəcəyik.
  • Yeni transferlər etməyə davam edirsiz. Bunlar nəyə hesablanıb?
  • Bu, çox qəribə sualdır. Transferləri gücləndirmək üçün edirlər.
  • Hazırda komanda avrokubok zonasından uzaqdır. Bu transferləri növbəti mövsüm üçün etmisiz?
  • Transferləri komandanı gücləndirmək üçün edirik. 12 oyunumuz var. Gələcək mövsüm haqda düşünmürük.
  • “Sabah” yaxşı oynasa da, epizodları reallaşdırmaqla bağlı problemlər var…
  • Bizim hücumda ən pis oyunlarımızdan biri oldu. Daha çox kəskinlik yaradırdıq hücumlarda. Bu gün sadə top itkiləri çox oldu. Bəzən də dəqiqlik çatmırdı.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button