Murad Musayev yenə cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib. “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.

“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sabah”ın məşqçisi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button