Murad Musayev texniki zonadan qovuldu
“Sabah”ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, rusiyalı mütəxəsis Premyer Liqanın 23-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda cəzalandırılıb.
Buna onun görüşün 35-ci dəqiqəsində komandasının qapısına penalti təyin edildikdən sonra hakimlərə sərt etirazı səbəb olub. Belə ki, o, penalti epizodundan öncə rəqib hücumçu Natan Oduvanın “Sabah”ın müdafiəçisi Amin Seyidova qarşı kobud oynadığını iddia edib. Lakin hakimlər penalti qərarını dəyişməyiblər. Nəticədə baş hakim Kamal Umudluya etirazını sərt şəkildə bildirən rusiyalı mütəxəssis ardıcıl iki sarı vərəqə ilə texniki zonadan qovulub. Əsəblərini cilovlaya bilməyən Musayevi “Sabah”ın məşqçiləri və futbolçuları çətinliklə sakitləşdiriblər.
Maraqlıdır ki, penalti zərbəsini Ayxan Quseynov dəqiq yerinə yetirə bilməyib.
İlk hissədən sonra “Sabah” “Turan Tovuz”a 0:1 hesabıyla uduzur.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin