
“Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi” – Qurban Qurbanov
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov çox maraqlı oyun alındığını bildirib:
“Futbolçularıma təşəkkür edirəm. Oyunun sonlarına yaxın matçın sürəti artdı. Sanki bu matçda hansısa komanda məğlub olsaydı, çox üzülərdilər. Hər iki komanda bir xal qazandı. Azarkeşlərimizə də təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı idi. Get-gedə matç daha da aktivləşdi. Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi”.
“Hazırda Kurban Berdıyev və Vasili Berezutskinin çalışdırdığı komandalar “Qarabağ”a məğlub olmayıb. Bu faktda nəzər yetirmisiz” sualına Qurbanov belə cavab verib:
“Böyük təcrübə keçmiş məşqçilərdir. “Sabah”a yenə məğlub ola bilərdik. Bu, normaldır. Bəlkə, daha yaxşı analiz ediblər… Biz də analiz edirik. Belə bir termin yoxdur ki, həmişə “Qarabağ” qalib gəlməlidir. Ümumən, komandadan razıyam. İşimizi mövsümlük görürük. 7-8 futbolçunun müqaviləsi bitir. Hələ vaxtımız var. Ümumən, futbol elə bir oyundur ki, fikirlərdə dəyişikliklər olur. İlin sonuna hələ var. Bu mövsümə köklənmişik”.
“Qarabağ” növbəti turda “Sumqayıt”ın qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin