Murad Musayev: “Sabah”da yaxşı maaş alıram”

“Sabah”ın baş məşqçisi Murad Musayev “sport24.ru” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, o, paytaxt klubunda aldığı maaşdan qane olduğunu bildirib:

“Burada yaxşı maaş alıram və bu, məni qane edir”.

Eyni zamanda, Musayev, Rusiyanın “Krasnodar” klubundan illik 2 milyon avro məvacib alan həmkarı Vladimir İviçdən daha az qazandığını bildirib.

Rusiyalı mütəxəssisin sözlərinə görə, bir ailənin normal yaşaması üçün aylıq ən azı 500 000 rubl (təqribən 6 330 dollar) lazımdır.

Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button