Murad Musayev Rusiya klubunun təklifindən imtina edib
Rusiya Premyer Liqasında çıxış edən “Axmat” “Sabah”ın baş məşqçisi Murad Musayevə təklif göndərib.
Komanda.az “Championat.com” saytına istinadən xəbər verir ki, Musayev Premyer Liqa klubunun təklifindən imtina edib.
Xatırladaq ki, “Axmat” dünən baş məşqçi Sergey Taşuyevin istefaya göndərib.
Qroznı klubu 4 turdan sonra üç xalla Premyer Liqada 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin