Murad Musayev keçmiş komandasına qayıdır
“Sabah”ın yollarını ayırdığı sabiq baş məşqçisi Murad Musayev sabiq komandasına qayıtmağa yaxındır.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Krasnodar” Musayevlə danışıqlara başlayıb.
Rusiya klubu ən azından mövsümün sonuna qədər 40 yaşlı mütəxəssisə tapşırıla bilər.
Musayevin özünün də sabiq komandasına qayıtmaq istədiyi iddia olunur. O, 2018-2021-ci illərdə “Krasnodar”ın əsas komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin