Murad Musayev keçmiş klubuna qayıtdı
“Sabah”ın keçmiş baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib.
Komanda.az “championat.com”-a istinadən xəbər verir ki, 40 yaşlı məşqçi artıq “Krasnodar”la rəsmi müqavilə imzalayıb.
O, bu postda Vladimir İviçi əvəzləyib. Musayev keçmiş klubu ilə mövsümün sonuna qədər olan müqavilə bağlayıb.
“Sabah”ın keçmiş çalışdırıcısı məşqçilik karyerasına “Krasnodar”da başlayıb. O, 2018-2021-ci illərdə əsas komandanın baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin