Murad Musayev: “Çoxdandır belə motivasiyalı “Səbail” görmürdüm”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Ardııcl iki oyundur ki, kobud səhvlərə yol veririk. Bu da bizi azlıqda buraxır. Öz işimizi çətinləşdiririk. Matçın gedişində dəyişiklik etməyə məcbur qalırıq. Ən yaxşı oyunumuzu oynamadıq. Şadam ki, iki qol vuraraq cavab görüşünə ümidlərimizi saxladıq. Biz başa düşməliyik ki, “Sabah” “Qəbələ”dən, “Neftçi”dən, “Zirə”dən yüksək və aşağı deyil. Biz işimiz və intizamımıza görə yuxarıdayıq. Mexanizmdə bir “şrup” itirsə, bütün mexanizm itir. Bunlar olmasa, nəticə qazana bilmərik. Çoxdandır ki, bu cür motivasiyalı “Səbail” görməmişdim. Azərbaycanda hər komanda bizə qarşı meydana belə çıxır. Amma heç nə olmaz. Gərək təhlil edək, səhvlərdən nəticə çıxaraq və davam edək. Qorxulu bir şey baş verməyib.

“Səbail”ə qalib gəlmək üçün çox işləmək lazımdır. Başqa cür onları məğlub etmək olmaz. Bu gün oyuna pis başladıq. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik. “Səbail”də yaxşı yerli futbolçular və legionerlər var. Onlara qarşı oynamaq çətindir. Üç matçdan ikisini uda bilməmişiksə, öz problemimizdir. Təhlil edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button