Musayev: “Azərbaycana “Krasnodar”da işləməyə başladığım enerji ilə gəldim”
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 2021-ci ildə Rusiya klubu “Krasnodar”dan ayrılmasının və “Sabah”ın təklifini qəbul etməsinin səbəbini izah edib:
“İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm. Çünki onlara nail olacağıma inanıram.
“Krasnodar”dan ayrıldığım zaman mənə istirahət lazım idi. Çünki gücüm tükənirdi. Altı ay sonra da Azərbaycana “Krasnodar”da işləməyə başladığım enerji ilə, emosiyalarla gəldim. Sadəcə, məşqçi kimi təcrübəm indi daha böyükdür. Gücüm və özümə inamım daha çoxdur”.
Musayevin “Sabah”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin