“Murad Musayevlə bağlı hansısa rəsmi müraciət olmayıb” – “Sabah” rəsmisi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postu ilə bağlı məsələ gündəmdədir. İtaliyalı mütəxəssis Canni De Byazinin AFFA ilə müqaviləsi başa çatır və indi futbol ictimaiyyətini düşündürən məsələ onunla yeni müqavilə bağlanıb-bağlanmayacağıdır.
De Byazi gedərsə, AFFA-nın yenə əcnəbi məşqçi ilə anlaşacağı deyilir. “Sabah” klubunun rusiyalı baş məşqçisi Murad Musayev də milli komandanın “sükanı arxasına” keçə biləcək namizədlər arasında göstərilir. Bəs AFFA rəhbərliyindən Musayevlə bağlı “Sabah”la hansısa danışıq olubmu? “Sabah”ın mətbuat katibi Elnur Həmidov bu barədə Komanda.az-a açıqlamasında belə deyib:
“Hazırda Murad Musayevin “Sabah”la müqaviləsi var. Onunla bağlı hansısa rəsmi müraciət olmayıb”.
Azərbaycan millisi De Byazinin rəhbərliyi altında UEFA Millətlər Liqasında qrup mərhələsini 10 xalla 2-ci yerdə başa vurub.
Bizi Facebook-da izləyin