Murad Məmmədov İstanbulda çempion oldu
Türkiyənin İstanbul şəhərində keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub.
Komanda.az xəbər verir ki, 11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı yarışın son günündə yığmamız daha iki medal qazanıb.
Murad Məmmədov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Oyan Nəzəriani (130 kq) “gümüş”ü boynundan asıb. Beləliklə, millimiz ənənəvi turniri 5 medalla başa vurub. Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) ikinci, Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə üçüncü yeri tutub.
Yekunda 114 xal toplayan komandamız 4-cü yeri tutub.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yarışda ədaləti qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin