Müqaviləsi uzadılır, maaşı artırılır

“Mançester Siti” hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə 23 yaşlı argentinalı ilə bütün şərtlər razılaşdırılıb. Yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq və son dünya çempionunun maaşı artırılacaq.

Alvares 2022-ci ilin yanvarında “şəhərlilər”ə keçib. O, cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button