“Müqavilənin uzadılması qərarı mənim üçün çox asan oldu”
“Arsenal”ın kapitanı Martin Odeqard klubla yeni müqavilə imzalamasını şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu klubun bir parçası olaraq qalmaq istədiyini bildirib:
“Müqavilənin uzadılması qərarı mənim üçün çox asan oldu. Klubun bir parçası olaraq qalmaq istəyirəm. Gələcəyə ümid edirəm. Mən həqiqətən ev deyə biləcəyim bir yer tapdım. İlk gündən özümü bu klubda rahat hiss edirdim”.
Odeqard 2021-ci ildən “Arsenal”da çıxış edir. O, cari mövsümdə 7 oyun keçirib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin