“Real” futbolçusunu İspaniyaya qaytardı
Müqavilə ilə “Real”a məxsus olan, icarə əsasında “Vulverhempton”da çıxış edən Xesus Valyexo İspaniyaya qayıdıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Qranada”ya icarəyə verilib. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Valyexo mövsümün sonuna kimi “Qranada” klubunun formasını geyinəcək.
Valyexo 2019-cu ilin yayında “Vulverhempton”a icarəyə verilmişdi. İspan müdafiəçi bu mövsüm “canavarlar”la 7 oyuna çıxıb.
Xesus 2015-ci ildən “Real”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin